Təcrid Olunmuş Təhsil Mühitində Sosial-Psixoloji Çətinliklər və Onların Həllində Sosial Işin Rolu

Yazarlar

DOI:

https://doi.org/10.5281/zenodo.21005146

Anahtar Kelimeler:

Ailə–məktəb əməkdaşlığı, Hərbi təhsil müəssisələri, Sosial iş, Sosial-psixoloji çətinliklər, Təcrid olunmuş təhsil mühiti

Özet

Bu məqalədə təcrid olunmuş təhsil mühitlərində yaranan sosial-psixoloji çətinliklər və onların həllində sosial işin rolu araşdırılır. Müasir dövrdə distant tədrisin genişlənməsi, sosial izolyasiya hallarının artması və qapalı müəssisələrdə, xüsusilə xüsusi təyinatlı məktəblərdə və hərbi təhsil müəssisələrində, təhsilin təşkili öyrənənlərin emosional və sosial rifahına ciddi təsir göstərir. Sosial qarşılıqlı əlaqələrin məhdudluğu tənhalıq hissi, motivasiya azalması, stress səviyyəsinin yüksəlməsi və ünsiyyət bacarıqlarının zəifləməsi kimi problemlərə səbəb olur. Tədqiqatın nəticələri göstərir ki, psixososial müdaxilə modelləri, emosional dəstək xidmətləri, sosial adaptasiya proqramları və ailə–təhsil müəssisəsi əməkdaşlığının gücləndirilməsi bu çətinliklərin aradan qaldırılmasında mühüm rol oynayır. Sosial iş mütəxəssisləri qiymətləndirmə, erkən müdaxilə, risklərin azaldılması və inklüziv kommunikasiya strategiyaları vasitəsilə öyrənənlərin psixoloji davamlılığını artırır və sosiallaşma imkanlarını genişləndirirlər. Bununla belə, resurs çatışmazlığı, texnoloji bərabərsizlik və psixososial xidmətlərə çıxışın məhdudluğu effektiv sosial iş müdaxilələrinin tətbiqini çətinləşdirir. Həmçinin təcrid olunmuş mühitlərin, xüsusi təyinatlı və hərbi təhsil müəssisələrinin özünəməxsus normativ-struktur tələbləri daxil olmaqla, struktur məhdudiyyətləri müdaxilə prosesinin davamlılığını zəiflədə bilər. Bu səbəbdən məqalə sosial işin sistemli, elmi əsaslı və davamlı tətbiqinin təcrid olunmuş təhsil mühitində sosial-psixoloji rifahın təmin edilməsində əsas amil olduğunu vurğulayır.

Ek Dosyalar

Yayınlanmış

2026-06-28

Nasıl Atıf Yapılır

ƏLİYEVA, J. (2026). Təcrid Olunmuş Təhsil Mühitində Sosial-Psixoloji Çətinliklər və Onların Həllində Sosial Işin Rolu. Türk Dünyası Ve Türkçe Öğretimi, 5(1), 47–56. https://doi.org/10.5281/zenodo.21005146