RÜSTƏM BEHRUDİ YARADICILIĞINDA TÜRKÇÜLÜK İDEYALARI

Yazarlar

DOI:

https://doi.org/10.5281/zenodo.12594511

Anahtar Kelimeler:

Rüstəm Behrudi, Türkçülük, Vətən

Özet

Rüstəm Behrudi (Rüstəm Hidayət oğlu Alməmmədov) 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərinin Behrud kəndində anadan olub. Doqquz qardaşın ən böyüyü olan Behrudi ibtidai təhsilini yaşadığı kənddə almışdır. Rüstəm Behrudi Azərbaycan ədəbiyyatının ən mühüm yaşayan şairlərindən biridir. Şair təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında şeirləri ilə tanınır. Rüstəm Behrudinin Azərbaycanın istiqlal hərəkatları zamanı söylədiyi şeirlər cəmiyyətin hiss və düşüncələrini ifadə etmiş və sənətkarı Azərbaycan xalqı arasında sevdirmişdir. Rüstəm Behrudinin əsərlərinin ən əsas xüsusiyyəti dilin aydın, sadə, səmimi və anlaşılan olmasıdır. Behrudi əsərlərində istifadə etdiyi bu aydınlıq və başa düşülənin iki əsas səbəbi var. Biri onun Azərbaycan Türkcəsindən aydın şəkildə istifadə etməsi, ikincisi isə məşğul olduğu mövzuların bütün Türk dünyası tərəfindən asanlıqla başa düşülməsidir. Bir sözlə, şeirlərində hər kəsin anlaya biləcəyi dilə üstünlük verib. Rüstəm Behrudi Türk dünyasında şeirləri ilə tanınan bir addır. Onun poeziyasında Türklük, Türk dastanları, önəmli Türk böyükləri, Turançılıq, Türk dövlətlərinin halları və s. əsas məsələlər olmuşdur. Rüstəm Behrudinin şeirinde yer alan əsas hiss vətən və millət sevgisidir. Rüstəm Behrudi dövrünün hadisələri, ictimai-əxlaqi problemlər qarşısında səssiz qalmır və bunları şeirlərində dilə gətirir. Onun şeirlərində milli mənsubiyyət, vətənpərvərlik, tarixi mənbələr, əsrlər boyu Türklərin və Azərbaycanın tarixindəki rolu kimi mövzular əsas rol oynayır. Şair bu hissləri mənim üçün “Turan və məmləkət sevgisindən böyük heç nə yoxdu bu yer üzündə “ deməklə ifadə edir. Rüstəm Behrudi bir çox şeirlərinin mövzusuna Turanı daxil etmişdir. Rüstəm Behrudi bilir ki, Turan idealına yalnız mübariz ruhla nail olmaq olmaz, Turana çatmaq üçün güclü mədəniyyət, güclü iqtisadiyyat və kültür  bazası lazımdır. Bu vəziyyət onun şeirlərində əski Türk adət-ənənələrinin bu qədər hakim olmasına şərait yaratmışdır. Rüstəm Behrudi Türklərin bir birlik içində olmadığını da bir çox şeirində dilə gətirmişdir. Onun sözlərinə görə, Turanın qarşısında ən böyük maneə öz aralarında olan ayrılıqlardır. Gənç yaşlarından qələm tutan Rüstəm Behrudi, 1980-ci ilə qədər “Ulduz” və “Azərbaycan” jurnallarında, “Ədəbiyyat” və “İncəsənət” qəzetlərində çap etdirilən şeirləri onu qlobal platformada məşhurlaşdırmışdır. 

İndir

Yayınlanmış

2024-06-30

Nasıl Atıf Yapılır

Abbaslı, Z. (2024). RÜSTƏM BEHRUDİ YARADICILIĞINDA TÜRKÇÜLÜK İDEYALARI . Türk Dünyası Ve Türkçe Öğretimi, 3(1), 26–35. https://doi.org/10.5281/zenodo.12594511