Hüseyn Razi Yaradıcılığında Ədəbi Şəxsiyyətlərə Poetik Ehtiram
DOI:
https://doi.org/10.5281/zenodo.17956362Anahtar Kelimeler:
Ədəbi Mirasa Hörmət, Hüseyn Razi, Şairlərə Həsr PoetikasıÖzet
Azərbaycan ədəbiyyatının XX əsr mərhələsində mühüm yer tutan Hüseyn Razi zəngin yaradıcılıq irsi, çoxşaxəli ədəbi fəaliyyəti və yüksək vətəndaşlıq mövqeyi ilə tanınan nadir şəxsiyyətlərdəndir. Şair, nasir, dramaturq və publisist kimi fəaliyyət göstərən Razi, həm ədəbi mühitin formalaşmasında, həm də yeni istedadların yetişməsində mühüm rol oynamışdır. Onun poeziyası dərin milli ruh, vətənpərvərlik, mənəvi dəyərlərə sədaqət və sənətə sevgi ilə yoğrulmuşdur. Hüseyn Razi həm klassik, həm də çağdaş Azərbaycan ədəbiyyatının ənənələrini uğurla birləşdirərək yaradıcılığında novatorluq meylləri nümayiş etdirmiş, dini, fəlsəfi və vətənpərvərlik mövzularına geniş yer vermişdir. Xüsusilə böyük ədəbi şəxsiyyətlərə ithaf etdiyi şeirlər onun sənətkar həmrəyliyini, milli kimliyə və mənəvi irsə ehtiramını ifadə edir. H.Razinin əsərləri təkcə bədii-estetik baxımdan deyil, həm də milli-mənəvi özünüdərk və ədəbi düşüncənin inkişafı baxımından Azərbaycan ədəbiyyatında mühüm mərhələ təşkil edir.
Ek Dosyalar
Yayınlanmış
Nasıl Atıf Yapılır
Sayı
Bölüm
Lisans
Telif Hakkı (c) 2025 Türk Dünyası ve Türkçe Öğretimi

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.







